Dərc edildi: Baxış sayı: 324
PKK hərbi bazanı atəşə tutdu - 4 türk əsgəri yaralandı
Terror təşkilatı PKK/YPG Suriyanın şimalında, Türkiyə Silahlı Qüvvələrinin “Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyat bölgələrindəki bazalarını atəşə tutub.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, terrorçuların hücumu nəticəsində 4 türk əsgəri yaralanıb. Onlar Kilis Dövlət Xəstəxanasına çatıdırlıb.
Terrorçuların mövqeləri müəyyən edilərək antiterror əməliyyatı başladılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət