Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Piyada gəzərkən bədəninizin əldə etdiyi 5 üstünlük

Piyada gəzərkən bədəninizin əldə etdiyi 5 üstünlük
Sakura

Piyada gəzərkən bədəninizin əldə etdiyi 5 üstünlük

Yəqin ki, 30 dəqiqəlik gündəlik gəzinti ən sadə məşqdir. Xoşbəxtlikdən o həm fiziki, həm də psixi sağlamlıq üçün hədsiz üstünlüyü təmin edir. O, hər kəs üçün əlçatandır və heç bir cihaz tələb etmir.

Həkimlər xəstəliyin inkişafına mane olmaq üçün daim öz pasientlərinə müntəzəm şəkildə yeriməyi məsləhət görürlər. Elmi olaraq sübut olunmuşdur ki, yerimə ürək xəstəliklərinin inkişaf riskini 31% azaldır. Harvard Health məlumatına görə bu, ölüm riskini 32% azaldır.

Hər gün yeriməyinizdən bədəninizin əldə etdiyi 5 üstünlüyü elm izah edir.

Ürəyin sağlamlığını yaxşılaşdırır

Yerimə ürək-damar xəstəliklərinin profilaktikası üçün ən yaxşı məşqdir. Current Opinion Cardiology jurnalının məlumatına görə, ayıqlıq arterial təzyiqin səviyyəsini azaldır, lipid profilini yaxşılaşdırır, koronar epizodların ortaya çıxması ehtimalını azaldır, ürək döyünmə tezliyini artırır və ürək əzələlərini möhkəmləndirir, həmçinin ürək-damarın sağlamlığına uzun müddətli fayda gətirir.

Beyin müsbət impuls alır

American Journal of Preventative Medicine jurlaında dərc olunmuş araşdırma göstərdi ki, həftə ərzində ən azı 200 dəqiqə yeriyən qadınlar özlərini emosional cəhətdən daha yaxşı hiss edirdilər. Tədqiqatçılar bu qadınları və onların 3 il ərzində yaxşılaşmasını izləyiblər və aşkar ediblər ki, yerimə zamanı onların bədəni daha sağlam olurdu ki, bu da həmçinin beyinə müsbət impuls verirdi.

Ağciyərin tutumu artır

Yerimə ağciyərin işini stimullaşdırır ki, bu zaman siz oksigen udub karbon qazı buraxırsınız. Üstünlüklərdən bəzilərinə oksigenin düzgün faydası, artırılmış dövran və ağciyərin tutumu daxildir.

Sizin görmə qabiliyyətiniz yaxşılaşır

Göz sağlamlığını qorumağın metodlarından biri yeriməkdir. Tədqiqatçılar təsdiqləyirlər ki, müntəzəm gəzintilər qlaukomanın inkişafı riskimi 73% azaldır. Siz göz ətrafdakı qan axınını hər dəfə yeriyəndə dəyişə bilərsiniz ki, bu da qan damarlarının kəsinti və gözlərin zədələnməsi riskini azaldır.

Həzm yaxşılaşır

Alman tədqiqatçıları qrupunun fikrincə, yerimə mədədəki qida yerdəyişməsini sürətləndirə bilər ki, bu da həzmə kömək edir. Beləliklə, ağır yeməkdən sonra 20 dəqiqəlik istirahət seçin, sonra isə oturub televizora baxmaq əvəzinə gəzin.

 

Mənbə: Mir-da.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR