Dərc edildi: Baxış sayı: 775
Həkim-pediatr Tərlan Əyyubov "hər bir yemək reseptinin tibbi cəhətdən əsası var" adlı rubrika açıb
Həkim-pediatr Tərlan Əyyubov "hər bir yemək reseptinin tibbi cəhətdən əsası var" adlı rubrika açıb.
Medicina.az xəbər verir ki, həkim Azərbaycan mətbəxinin şah yeməklərindən sayılan Şəki pitisinin orqanizmə necə təsir etdiyini açıqlayıb:
Şəki pitisi zülal və yağla zəngin bir qida olub, noxud, soğan, ət,quyruq, şabalıd, alça turşusu (və ya quru gavalı), zəfəran, sarı kök inqredientlərindən ibarətdir.
Ət və noxud - zülallarla zəngindir və həzm nəticəsində çox miqdarda ammonyak əmələ gətirir. Bu qaraciyər və böyrəklər üçün yükdür. Mədə-bağırsaq daxilində zülalın həzmi üçün turşu lazımdır və qidaya müəyyən qədər turşu tökməklə biz bu məsələni həll edirik.
Yaranmış ammonyakın qaraqciyərdə zərərsizləşməsi, hepatoprotektor təsirə malik olan sarı kök, zəfəran və şabalıd tərəfindən asanlaşır. Bundan başqa bu qida yağlı olduğundan yağların həzmi üçün ödün bağırsağa intensiv gəlməsi lazımdır. Bu intensivliyi sarı kök (təbii ödqovucu olaraq) artırır.
Şabalıd büzücü xüsusiyyətlərə malik olduğu üçün bu yağlı qidanın xüsusən mədənin selikli qişasını zədələməsindən qoruyur.
Zəfəran sarıköklə birgə qana sorulan yağların və xolesterinin damarlarda, qaraciyərdə toplanmasının qarşısını alır.
Pitini sümüklü ətlə bişirməzlər: piti təqribən 8 saata ərsiyəyə gəlir. Sümüklü ət bu qədər bişdikdə sümüyün tərkibindən kalsium yuyulub pitinin şorbasına keçir. Piti həm də yağlarla zəngin olduğundan, həzm prosesində mədə-bağırsaqlarda quyruqdan alınan yağ turşuları sümükdən çıxan kalsium və digər elektrolitlərlə birləşir və sabunlar əmələ gəlir. Sabun isə həm sorula bilmədiyi üçün bu insanlarda kəskin diarreya (qarın işləməsi) yaradır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət