Slimfit
  1. MARAQLI

Pis vərdişlərdən xilas olmaq üçün 3 effektiv üsul

Pis vərdişlərdən xilas olmaq üçün 3 effektiv üsul
Sakura

Pis vərdişlərdən xilas olmaq üçün 3 effektiv üsul

Pis vərdişlərdən xilas olmaq hamımız üçün çox çətindir və nə qədər zərərli olduğunu bilsək də uzaqlaşa bilmirik. Bəzilərimiz tərgitmək istəmir, bəzilərimiz də xilas olmaq üçün nə edəcəyimizi, hardan başlayacağımızı bilmirik. Zərərli vərdişlərdən uzaqlaşmağın ən əlverişli üsulları:

1) HƏYATINIZDAN BİRDƏFƏLİK SİLİN!

Əgər hər yeməkdən sonra ağlınıza siqaret çəkmək gəlirsə, hər çarpayınıza uzandığınız zaman telefonla məşğul olmaq istəyirsinizsə və ya darıxdığınız anlarda soyuducunu açıb boş-boş baxırsınızsa bunu oxumağa davam edin. John B. Watsondan bu problemin həlli üçün yox deməyəcəyiniz bir metod:

Yeməkdən sonra siqaret çəkmək əvəzinə beyninizi məşğul edəcək bir məşğuliyyət tapın və hər yeməkdən sonra bunu təkrarlayın. Çarpayınıza hər uzandığınızda telefon deyil, bir kitab götürüb oxuyun və bunu hər dəfə təkrarlayın. Darıxdığınız zaman isə mətbəxə keçdiyinizdə yolunuzu dəyişərək fikrinizi yayındıracaq yeni bir üsul tapın. Hər darıxdığınızda bu üsuldan istifadə edin.

Sizin üçün kiçik bir sirr: Köhnə sevgilinizi xatırladan xatirələri unutmaq istəyirsiniz? O zaman onunla getdiyiniz hər yerə ən sevdiyiniz dostunuzla gedərək yeni macəralar yaşayın!

2) CƏSARƏTLİ OLUN VƏ ÖZÜNÜZƏ GÜVƏNİN!

Pis vərdişlərdən xilas olmaq istəyərkən onları gözəl vərdişlərlə əvəz etmək necə fikirdi? Beləliklə,
vərdişlərinizin sayı dəyişməsə də, məzmunu dəyişir. Guthrie və Skinnerin köməyindən istifadə edərək alaqlardan xilas olarkən beynimizdə yeni, gözəl nərgizlər əkməyi də unutmayaq!

1- Dəyişdirmək istədiyiniz bir vərdişinizi tapın və bu vərdişdən hansı fəaliyyətlərlə xilas olacağınızın siyahısını hazırlayın.

2- Sevdiyiniz, hər etdiyinizdə sizə rahatlıq verən bir məşğuliyyət tapın və bunu hansı yollarla əldə edəcəyinizin siyahısını hazırlayın.

3- Dəyişdirmək istədiyiniz vərdişiniz hər ağlınıza gəldiyi zaman onu etməməli olduğunuzu sizə xatırladaraq rahatlıq verən bir işlə məşğul olun.

Fikirləriniz qarışdı? O zaman sizə bir nümunə:

Vizionda möhtəşəm bir kino var və hesab edək ki, siz kino izləməyi çox sevirsiniz. Özünüzü “Əgər bu gün siqaret çəkməsəm, çoxdan gözlədiyim o kinoya gedəcəm.” şərtini qoyaraq mükafatlandırın. Buna ürəkdən inandığınız zaman nəticəsinə özünüz də inanmayacaqsınız!

3) BEZDİRİCİ VƏZİYYƏTƏ ÇATDIRIN!

Bu yazıda indiyə kimi oxuduqlarınız bir az vaxt alırdı amma tez bir zamanda məqsədinə çatmaq istəyənlər üçün Guthrieden bir təklif: Özünüzü bezdirin!

Deyək ki, kompyuter qarşısında həddindən çox vaxt itirirsiz və bu sizi narahat edir. O zaman saatlarca kompyuterlə oynayın. ” Bu metodla, bu vərdişdən necə azad olmaq olar?” deyə düşünürsünüzsə, ardını oxuyun.

Kompyuter qarşısında olarkən ac olsanız da, beliniz ağrısa və ya darıxsanız bele özünüzü oynamağa məcbur edin. Bəlkə 2, bəlkə də 4 saat davam edəcək amma bir yerdə özünüz də bezəcəksiniz və sonraki günlərdə bu vərdişin sizə əvvəlki qədər həzz vermədiyini görəcəksiniz. Bu metodu mütləq təcrübədən keçirin!
Əgər ki, vərdişlər həyatınıza hökmranlıq edirsə, onların da ən yaxşısına sahib olun.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR