Slimfit
  1. DÜNYA

Pilotsuz aerotaksi 50 milyon avro cəlb edib

Pilotsuz aerotaksi 50 milyon avro cəlb edib
Sakura

Pilotsuz aerotaksi 50 milyon avro cəlb edib

Alman startapı "Volocopter" (keçmiş "E-volo") son investisiya raundu çərçivəsində 50 milyon avro həcmində vəsait cəlb edib.

Xeberler.az bildirir ki, raundun lideri "Geely" və "Volvo" avtomobil istehsalçılarının sahibi olan "Zhejiang Geely Holding Group" olub. Bu günə kimi startap "Intel" və "Daimler" şirkətləri də daxil olmaqla investorlardan 81 milyon avro cəlb edib. Cəlb olunan vəsait 2021-ci ildə baş tutacaq aerotaksinin kommersiya reyslərinin işə düşməsinə hazırlığa sərf ediləcək.

Xatırldaq ki, avqustun 21-də startap "Volocity" adlı ilk pilotsuz kommersiya aerotaksisini təqdim edib. Nəqliyyat vasitəsi 110 km/saat sürətlə 2 nəfəri 35 kilometr məsafəyə kimi apara bilir. Prototiplərdən birinin test uçuşu Helsinki hava limanında həyata keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR