Slimfit
  1. CƏMİYYƏT

“Pikap”ların YPX postlarında saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Pikap”ların YPX postlarında saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Sakura

“Pikap”ların YPX postlarında saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Daxili işlər Nazirliyi “Pikap” tipli avtomobillərin YPX postlarında saxlanılması ilə əlaqədar yayılan məlumatlara münasibət bildirib. 

Bununla bağlı Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları”na əsasən silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur.

“Pikap” tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi  və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir”, - məlumatda qeyd edilir.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə “Pikap”ların stasionar polis postlarında saxlanılaraq, cərimə meydançalarına aparılması ilə bağlı məlumatlar yayılmışdı.

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR