Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Peyvənd paylansa belə, dünyanı xilas etməyəcək - Alman şirkəti detalları açıqladı

Peyvənd paylansa belə, dünyanı xilas etməyəcək - Alman şirkəti detalları açıqladı
Sakura

Peyvənd paylansa belə, dünyanı xilas etməyəcək - Alman şirkəti detalları açıqladı

Koronavirus pandemiyasına qlobal miqyasda qalib gəlmək üçün ən az 10 milyard ədəd peyvənd paylanmalıdır.

Ens.az Publika.az-a istinadən xəbər verir ki,dərman şirkətləri isə peyvəndin qlobal miqyasda təmin edilməsinin mümkünsüz olduğunu bildirir.

Almaniyanın “Deutsche Post” logistika şirkəti ümid vəd edən peyvəndlər siyahısında yer alan “Moderna”, “Pfizer” və “CureVac”ın mənfi 80 dərəcəyə qədər soyudulmalı olduğunu və bu peyvəndlərin dünya əhalisinin üçdə-ikisinə çatdırıla biləcəyini bildirir. Şirkətin qənaətinə görə, dünya əhalisinin üçdə-ikisini əhatə edən məhdud elektrik mənbəyinə sahib Afrika, Cənubi Amerika və Asiyanın bəzi bölgələrinə peyvənd tədarükü çox çətin məsələdir.

Hazırda dünyaya paylanması mümkün olan peyvəndlərdən beşi insanlar üzərində test edilir və bu sahədə ən çox ümid bəslənilənlər arasında yer alır. Lakin Antarktika səthindəki temperaturda qalması vacib olan bu peyvəndlərin tədarükü üçün lazımi texnologiyanı təmin etmək yüksək məbləğli büdcə tələb edir.

“Deutsche Post” “McKinsey” firması ilə birgə apardığı araşdırmada qlobal əhalinin üçdə-birinə ev sahibliyi edən ən inkişaf etmiş 25 ölkədən başqa bölgələrdə soyuq hava deposu infrastrukturunun bərbad olduğunu ortaya qoyub.

Bununla birlikdə, ABŞ-ın “Moderna” və “Translate Bio” şirkəti iyun ayında potensial peyvəndlərin daha aşağı temperaturda nəql edilib anbarlanması üçün araşdırma apardıqlarını açıqlayıb.

“CureVac” firması təcrübə üçün nəzərdə tutulan bir quduz peyvəndinin standart soyuducuda aylarla saxlanıla bildiyi və buna rəğmən molekulyar quruluşunu qoruduğu, COVID-19 peyvəndinin də eyni dözümlülüyə sahib olduğunu göstərmək üçün testlər aparıldığını bildirir.

“Deutsche Post” bu durumda Afrika qitəsinin əhəmiyyətli hissəsinin peyvəndə əlçatanlığı olmaya biləcəyini xəbərdarlıq edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR