Slimfit
  1. MARAQLI

Peyğəmbərimizin(s) mövludu günündə doğulmuş körpələrə 100 min verildi

Peyğəmbərimizin(s) mövludu günündə doğulmuş körpələrə 100 min verildi
Sakura

Peyğəmbərimizin(s) mövludu günündə doğulmuş körpələrə 100 min verildi

Xəbər verildiyi kimi, İslam təqvimi ilə rəbiyəl-əvvəl ayının 12-17-i(bu il 20-25 noyabr) Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın mövludu(doğum günü) həftəsi kimi qeyd edilir. Buna səbəb odur ki, bəzi müsəlman ölkə alimləri həmin  müqəddəs tarixin rəbiyəl-əvvəl ayının 12-də, digərləri isə 17-ə təsadüf etməsi qənaətindədir.   
 
Moderator.az“Qroznıy TV”-yə istinadla xəbər verir ki,  Çeçenistan hökuməti bu əlamətdar tarixlə bağlı ibrətamiz tədbirə əl atıb. Peyğəmbər Əfəndimizin (s.ə.v.) doğum günündə(Çeçenistanda noyabrın 20-də qeyd edilib) anadan olmuş çeçen ailələrindən hər birinə hökumət tərəfindən 100 min rubl hədiyyə təyin edilib. 
 
Maraqlıdır ki, Məhəmməd Əleyhissəlamın doğum günündə Çeçen Respublikasında 40 oğlan doğulub. Onlardan 21-ə Məhəmməd, qalanlarına isə müsəlmanların hörmətlə yanaşdıqları digər peyğəmbər və övliyaların adları qoyulub.  Xoşbəxt valideynlərə  hədiyyələr Qroznı meri İbrahim Zakriyev tərəfindən təqdim ediləcək. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR