
Tramp Rusiyanın Ukraynaya raket zərbələri endirməsinə münasibət bildirdi
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya güclü raket zərbəsindən narazıdır.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Ev rəhbəri özünün "Truth Social" sosial şəbəkə hesabından bəyan edib.
O, münaqişənin sülh yolu ilə həllinə tərəfdar çıxıb.
"Mən Rusiyanın Kiyevə zərbələrindən narazıyam. (Bunlara) ehtiyac yoxdur. Və vaxt çox uğursuz seçilib", - deyə Tramp vurğulayıb.
Bununla əlaqədar o, Rusiya Prezidenti Vladimir Putini zərbələrin dayandırılması əmrini verməyə çağırıb.
"Gəlin sülh sazişi bağlayaq", - deyə ABŞ administrasiyasının başçısı əlavə edib.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri bir müddət əvvəl Ukraynanın paytaxtı Kiyevə güclü raket zərbələri endirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət