Peso nazirin istefasına səbəb oldu
Argentinanın maliyyə naziri Nikolas Duhovnı milli valyutanın kəskin devalvasiyasından sonra istefa verib.
Bu barədə şənbə günü Todo Noticias telekanalı bildirib.
"Bu gün mən 2017-ci ilin yanvarından tutduğum maliyyə naziri vəzifəsindən istefa vermək qərarına gəldim. Mən əminəm ki, yaranmış vəziyyəti nəzərə alaraq, sizin idarə heyətinizin iqtisadi sahədə əhəmiyyətli dərəcədə yenilənməsi lazımdır", - deyə Duhovnının telekanalın saytında dərc olunmuş məktubunda bildirilir.
Ölkənin prezidenti Maurisio Makri istefa ərizəsini qəbul edərək, Buenos-Ayres əyalətinin iqtisadiyyat naziri Ernan Lakunsu müşavirəyə çağırıb.
Avqustun 11-də baş tutmuş praymerizdən sonra Argentinada iqtisadi vəziyyət gərginləşib. Belə ki, seçicilərin 47,65% -i Alberto Fernandesə, 32,08% -i isə Makriyə səs verib.
Nəticələr açıqlandıqdan sonra, pesonun dollara qarşı məzənnəsi kəskin şəkildə düşdü.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət