Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Peşə təmayüllü siniflər üçün tədris planı hazırlanacaq

Peşə təmayüllü siniflər üçün tədris planı hazırlanacaq
Sakura

Peşə təmayüllü siniflər üçün tədris planı hazırlanacaq

Peşə təmayüllü siniflərdə ölkə və regional səviyyədə mövcud olan əmək bazarı ehtiyacları nəzərə alınmaqla, praktik bilik və bacarıqların formalaşdırılması üçün müxtəlif peşə sahələrinə aid modullar tədris ediləcək.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nda öz əksini tapıb.

Qeyd olunub ki, peşə təmayüllü siniflər üçün tədris planı və tədris resursları Təhsil Nazirliyi tərəfindən hazırlanır. Peşə sahələrinə aid modullar və ya ümumi peşə səriştələrinin tədrisinə ayrılan saatların miqdarı (o cümlədən, təcrübə məşğələləri nəzərə alınmaqla) Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nda nəzərdə tutulan tam orta təhsil səviyyəsi üzrə həftəlik dərs saatlarının maksimum miqdarının ən azı 1/3-ni təşkil etməlidir. Təmayül siniflərində istiqamətlər üzrə ixtisasları tədris edəcək təhsilverənlər üçün ixtisasartırma təlimləri təşkil olunur.

Praktiki ixtisaslar üzrə tədris edəcək təhsilverənlər peşə təhsili müəssisələrindən cəlb oluna bilərlər. Təlim proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə təhsilalanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində, işəgötürən təşkilatlarda təcrübə səfərinə cəlb olunurlar.

Peşə təmayüllü siniflərə həmin ümumi təhsil müəssisəsinin və (və ya) inzibati ərazidəki (qəsəbə, rayon, şəhər) digər ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər qəbul edilirlər. Qəbul könüllülük prinsipi əsasında həyata keçirilir.

Müsabiqə təhsilalanların IX sinif buraxılış imtahanları üzrə nəticələrinə əsasən həyata keçirilir və həmin nəticələrə əsasən göstəriciləri daha yaxşı olanlar qəbul edilirlər.

Təhsilalanların peşə fənləri üzrə bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması qaydasına uyğun həyata keçirilir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR