Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Peşə təhsili müəssisələrində hərbi hazırlıq fənni üzrə dərs saatları azaldılıb

Peşə təhsili müəssisələrində hərbi hazırlıq fənni üzrə dərs saatları azaldılıb
Sakura

Peşə təhsili müəssisələrində hərbi hazırlıq fənni üzrə dərs saatları azaldılıb

 Nazirlər Kabineti “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”ndə dəyişiklik edib.

Report” xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, texniki peşə təhsili müəssisələrində ibtidai hərbi hazırlıq (İHH) fənni üzrə dərs saatları azaldılıb.

Qərara görə, ümumi təhsil və orta ixtisas təhsili müəssisələrində İHH fənninin tədrisinə 140 saat vaxt ayrılacaq. Peşə təhsili müəssisələrində ümumi orta təhsil bazasından qəbul olunmuş təhsil alanlar üçün təşkil edilən qruplarda İHH fənninin tədrisinə aşağıdakı miqdarda dərs saatları ayrılacaq:

- təhsil müddəti 1 il olan ilk peşə təhsili alanlara - 40 saat;

- təhsil müddəti 2 il olan texniki peşə təhsili alanlara - 80 saat;

- təhsil müddəti 3 il olan texniki peşə təhsili alanlara - 124 saat;

- təhsil müddəti 4 il olan yüksək texniki peşə təhsili alanlara - 140 saat.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR