Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Peşə Təhsil Mərkəzində işəgötürənlərlə əməkdaşlıq çərçivəsində təlim keçirilib

Peşə Təhsil Mərkəzində işəgötürənlərlə əməkdaşlıq çərçivəsində təlim keçirilib
Sakura

Peşə Təhsil Mərkəzində işəgötürənlərlə əməkdaşlıq çərçivəsində təlim keçirilib

Peşə təhsilində keyfiyyətin yüksəldilməsi baxımından işəgötürənlərlə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində növbəti təlim keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlimlərin keçirilməsində məqsəd aşpaz ixtisası üzrə işəgötürənlərin beynəlxalq təcrübəli mütəxəssislərinin təhsilalanlara peşə sirlərini öyrətmək və onların praktik bacarıqlarını təkmilləşdirməkdir.

Bu məqsədlə “Fairmont Baku” otelinin aşpaz-qida təhlükəsizliyi üzrə təlimçisi Sadiq Kazımov və “Bowling” restoranlar şəbəkəsinin aşpazı Azad Novruzov mərkəzdə tələbələrə ustad dərsi keçiblər.

Xatırladaq ki, Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində 2020-ci ilədək strateji baxışa əsasən peşə təhsili və təlimi sistemində özəl sektorun iştirakının stimullaşdırılması, özəl sektorla peşə təhsili və təlimi müəssisələri arasında dövlət-özəl tərəfdaşlığına əsaslanan mexanizm işlənib hazırlanması nəzərdə tutulur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR