Slimfit
  1. İQTİSADİYYAT

Permdə fəaliyyət göstərən iş adamlarının Azərbaycana növbəti ticarət missiyası təşkil olunub

Permdə fəaliyyət göstərən iş adamlarının Azərbaycana növbəti ticarət missiyası təşkil olunub
Sakura

Permdə fəaliyyət göstərən iş adamlarının Azərbaycana növbəti ticarət missiyası təşkil olunub

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Rusiya Federasiyasının Perm Ticarət və Sənaye Palatasının rəhbərliyi ilə görüş keçirilib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Rusiyada sənaye, kənd təsərrüfatı və xidmət sahələri üzrə fəaliyyət göstərən tanınmış şirkətlərin nümayəndələri iştirak edib.

Konfederasiyanın baş katibinin müavini Fuad Hümbətov qonaqlara Azərbaycanla Rusiya arasında ikitərəfli iqtisadi əlaqələrin yüksələn dinamikası barədə geniş məlumat verib. Daha sonra rusiyalı iş adamlarının bir sıra yerli şirkətlərlə “El-plast”, “METAK”, “Polikarbonat.az”, “PRO-KİT”, “BİNOX”, “Xonça Kitchen”, “Azərbaycan Meyvə–Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası” ilə ikitərəfli görüşləri keçirilib.

ASK tərəfindən qonaqların Sumqayıt Texnologiyalar Parkına səfəri də təşkil olunub və orada fəaliyyət göstərən müəssisələr haqqında ətraflı məlumat verilib. Rusiyalı sahibkarların Azərbaycana səfəri mayın 31-də yekunlaşacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR