Slimfit
  1. MARAQLI

Pentaqonun əsas müvəffəqiyyətsizliyi: "Qartal caynağı" əməliyyatı necə pozuldu?

Pentaqonun əsas müvəffəqiyyətsizliyi: "Qartal caynağı" əməliyyatı necə pozuldu?
Sakura

Pentaqonun əsas müvəffəqiyyətsizliyi: "Qartal caynağı" əməliyyatı necə pozuldu?

40 il əvvəl Amerikalılar "Qartal caynağı" əməliyyatına başladılar.

Ens.az bildirir ki, 24 aprel 1980-ci ildə ABŞ xüsusi təyinatlıları əvvəlki ilin payızında ABŞ-ın Tehrandakı səfirliyində girov götürülmüş diplomatları azad etməyə başladılar. "Qartal caynağı" adı verilmiş əməliyyat, ciddi uğursuzluqla yadda qaldı. Qum fırtınasında amerikalılar bir neçə vertolyot itirdilər və tələsik İrandan Misirə təxliyyə edilmək məcburiyyətində qaldılar. Girovlar isə növbətı ilin başlanğıcında iranlılarla Əlcəzairdə aparılan danışıqlardan sonra xilas edildi.

Niyə iranlılar Amerika diplomatlarını girov götürdülər

4 Noyabr 1979-cu ildə İranlı tələbələr üç metr hündürlüyündə kərpic divarlarla əhatələnmiş və kütləvi metal qapılarla qorunan ABŞ-ın Tehrandakı səfirlik kompleksinə girdilər. "Amerikaya ölüm!" , "Şahı bizə verin!" qışqırıqları altında, aralarında ən yüksək vəzifəli katib Viktor Tomset olmaqla 66 nəfəri əsir götürdülər.

Əvvəlcə İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin tərəfdarları səfirliyin yalnız simvolik olaraq ələ keçirilməsini planlaşdırırdılar. Ancaq izdihamın əhval-ruhiyyəsi kəskin şəkildə dəyişdi, təhlükəsizlik işçilərinin isə hücum edənlərə atəş açmayacağı və əslində yalnız qorxutmağa hazır olduqları aydın oldu.

Saat 11.00 radələrində etirazçılar səfirliyin qapılarını bağlayan zənciri qıraraq əraziyə axışdılar.

Fort Apache kimi tanınan, ikimərtəbəli ofis binasının içərisində gizli sənədlərin saxlanıldığı yerdən hücumu dəf etməyə cəhd edildi. Güllə keçirməyən gödəkçələr və qaz maskaları geyinmiş 13 dəniz piyadası üst mərtəbədə barrikada qurdular və gözyaşardıcı qazdan istifadə etdilər. ABŞ diplomatları kömək ümidi ilə İran rəsmilərinə zəng etdilər. Eyni zamanda, İran hüquq-mühafizə orqanlarının əməkdaşları tələbələrə müdaxilə etmədilər və nəticədə etirazçılar əsas binaya girərək bir neçə Amerika təhlükəsizlik işçisini tərksilah etdilər.

İnqilabi hadisələrə görə ölkələr arasında diplomatik münasibətlərin azalmasından sonra səfirliyə ABŞ-ın müvəqqəti işlər vəkili Bryus Leynqen rəhbərlik edirdi. O, noyabrın 4-də səhər İran Xarici İşlər Nazirliyində idi. Telefonla baş verənlər haqqında məlumat aldıqdan sonra xarici işlər naziri İbrahim Yazdiyə etirazını bildirdi. Nazir camaatı sakitləşdirməyə söz verdi, ancaq vəziyyətə real təsir rıçaqlarına malik deyildi. Günorta saat bir radələrində Leynqen səfirliyin katibi Tomsetə məxfi sənədlərim məhv edilməsi haqqında əmr verdi.

Həmin vaxtda kompleksə yeni nümayişçilərlə avtobuslar yaxınlaşmağa başladılar.

Saat 16: 00-a səfirliyin ərazisi, özlərini "İslam tələbələri - İmam Xomeyni kursunun davamçıları" elan edən gənclərin tam nəzarəti altında idi.

Xilasetmə əməliyyatına hazırlıq

66 nəfər- dəniz piyadaları, diplomatlar, texniki işçilər - tələbələr tərəfindən girov götürüldü. Hələ altı işçi qaçmağı bacardı. Onlar Britaniya səfirliyinə sığındılar, sonra 1980-ci il yanvarın 28-də onları gizli əməliyyat nəticəsində İrandan çıxara bilən kanadalılara təhvil verildi.

İşğalçılar ABŞ-dan İslam İnqilabının qzığın çağında ölkədən qaçan və o günlərdə Nyu-Yorkda müalicə alan devrilmiş Rza Şah Pəhləvinin təhvil verilməsini tələb edirdilər.

19-20 noyabrda iranlılar 13 girovu - qadınları və qaradərililəri azad etdilər.

Tehranla danışıqların uğursuz gedişi prezident Cimm Karteri güc yoluna əl atmağa sövq etdi. 1979-cu ilin sonunda girovların xüsusi təyinatlılar tərəfindən azad edilməsini nəzərdə tutan gizli əməliyyata hazırlıqlar başladı. Girovların saxlanıldığı səfirliyin bina kompleksinin ərazisinə havadan enməyin sadə versiyası uğursuz hesab olundu. Bunun əvəzinə iki günlük mürəkkəb əməliyyat hazırladılar.

Məşhur jurnalist Leonid Mleçin “İtirilmiş Böyüklük axtarışında- İran, nüvə silahı və Yaxın Şərq. "” adlı kitabında İrandakı əməliyyatın "Qartal caynağı" adlandırıldığını bildirir. Pentaqonda hazırlanan plana əsasən, İran paytaxtının daxilindəki Amerika agenturasına kiçik qiyam kimi bir şey təşkil etmək tapşırığı verildi - və həqiqətən də Tehranda atışmalar başladı, yanğınlar qeydə alındı və telefon əlaqələri kəsildi. Xüsusi qüvvələr gecə gizli şəkildə Tehrana girməli və girov götürülmüş 50-ə yaxın Amerika diplomatını azad etməli idilər. 

Vyetnamda döyüşmüş polkovnik Çarlz Bekvitin komandanlığı altında "Delta" xüsusi təyinatlı dəstəni Tehrana göndərməyə hazırladılar. Plana görə, Lockheed C-130 Hercules hərbi nəqliyyat təyyarəsinin göyərtəsində döyüşçüləri və yanacağı olan RH-53D Sea Stallion helikopterləri İranın hava məkanına girməli və Tehrandan 370 kilometrdə yerə enməli idilər. Yanacaq doldurduqdan sonra vertolyotlara xüsusi qüvvələri ölkənin paytaxtından 80 km məsafədə tərk edilmiş duz mədənlərinə yaxın bir əraziyə atmaq əmr edilmişdi. Burada hərbçilər CIA tərəfindən hazırlanan yük maşınlarına minərək, səfirliyə hücum etməli və girovları azad etməliydilər. Bütün əməliyyat 36 saatdan çox çəkməməli, hücumun özü 45 dəqiqə davam etməliydi.

Səfirlik ərazisindən oraya boş gələn helikopterlər döyüşçüləri və diplomatları başlanğıc yerə gətirəcək, oradan isə təyyarəylətəhlükəsiz yerə - dost Misirin ərazisinə aparacaqdılar.

7 aprel 1980-ci ildə prezident Karter İranla diplomatik əlaqələri kəsmək haqqında sərəncam verdi. Milli Təhlükəsizlik Şurasının 11 aprel tarixli iclasında, dövlət başçısı "Qartal caynağı" əməliyyatının keçirilməsinə səlahiyyət verdi.

24 aprel 1980-ci ildə ABŞ-ın Omandakı aviabazasından C-130 Hercules daşıyıcıları havaya qalxdılar: üçünə "Delta"və gözətçi dəstəsi, daha üçünə isə yanacaq doldurulmuş rezin çənlər yüklənmişdi. Bir az sonra, gecə, Nimitz təyyarədaşıyanının göyərtəsindən səkkiz vertolyot qalxdı. Əməliyyat, artıq start mərhələsində itkilərlə qeyd olundu. Məxfilik naminə vertolyot pilotlarına minimum icazə verilən hündürlükdə təqribən 60 m məsafədə uçmaq əmri verilmişdi. Lakin hava pisləşdi, Dəniz Korpusundan olan pilotların isə səhra şəraitində uçmaq təcrübəsi yox idi. Nəticədə bir vertolyot dənizə düşdü, digəri yüksələn qum fırtınası səbəbindən istiqamətini itirdi və təyyarə daşıyıcısına döndü. Texniki problemləri var idi. Yalnız altı helikopter nəzərdə tutulan hədəfə çatdı. Onlardan biri enmə zamanı hidravlik sistemə ziyan vurdu.

Amerika xüsusi xidmət orqanlarının əsas uğursuzluğu

Kəşfiyyat məlumatlarının əksinə, eniş üçün seçilmiş yer (tərk edilmiş İngilis hava limanı) hətta gecə vaxtı da gurluq olan magistral yolun yanında yerləşirdi. İranın hava hücumundan müdafiə sisteminin qeyri-kafi olmasına baxmayaraq, amerikalılar düşmənin özlərini tapmasına imkan verdilər. Əməliyyata rəhbərlik edənlərın qətiyyən arzu etmədikləri şey baş verdi: xüsusi təyinatlıların fəaliyyəti gözlənilməzlik amilini itirdi. Məlumat sızmasının qarşısını almaq üçün amerikalılar sərnişinlərlə dolu şəhərlərarası avtobusun qarşısını kəsdilər və sürücünün hərbiçilərin tələbi ilə dayanmaqdan imtina etdiyi yanacaqdoldurma maşınını partlatdılar. Bu vəziyyətdə yük maşınının sərnişini öldü. Alovlanan yanacaq maşınından çıxan yanğın bir neçə kilometr radiusda aydın görünürdü.

Yanacaq doldurarkən yeni bir insident baş verdi. RH-53D-lərdən birinin pilotu helikopterini Hercules-dən uzaqlaşdırmağa çalışdı, amma toz dumanında azdı və əksinə həmin yanacaq-təyyarəyə çarpdı. Əməliyyat üçün nəzərdə tutulan yanacağın alışdığı və 8 amerikalıın - C-130 komandasının beş üzvü və üç vertolyot pilotunun öldüyü böyük bir yanğın baş verdi. Əraziyə səpələnmiş fraqmentlər sağ qalan RH-53D-yə ziyan vurdu.

“Əməliyyat müəllifləri Tabas bölgəsindəki təbii şəraiti nəzərə almamışdılar, helikopterlər eniş əsnasında toz buludları qaldırdılar, toqquşdular, iki maşın yandı, 8 desantçı öldü. "Açıq, elementar şeylərdə səhv hesablamaların nə qədər usta planları pozması çox təəccüblüdür "deyə sovet kəşfiyyatçısı, KQB-nin İrandakı rezidenti Leonid Şebarşin həmin zaman söyləmişdi.

Bu vaxt, xüsusi təyinatlılar İran əsgərlərinin hücumuna qarşı qalan silah-sursatları götürərək nizamsız atəş açdılar.

Misirdəki komandanlıqdan əməliyyata davam etmələrini tələb etdilər. Lakin əməliyyat yerində rəhbərlik edən polkovnik Bekvit mövcud vəziyyəti və qalan helikopterləri itirmək riskini nəzərə alaraq dəstəni geri çəkməyə qərar verdi. RH-53D, ölülərin cəsədləri və gizli sənədlər səhraya atıldı. Bütün bunlar iranlıların əlinə keçdi və aşkar edilən məlumatlar sayəsində ölkələrindəki CIA agentlərinin kimlər olduğunu öyrəndilər. Xüsusi təyinatlılar nəqliyyat təyyarələrində İrandan təxliyə edildilər.

Prezident Karter televiziyada çıxış edərək belə bir bəyanat verdi: “Girovları xilas etmək lazım olduğunu düşünərək xilasetmə əməliyyatı aparmaq qərarına gəldim. Yanacaq dolduranda vertolyotları itirdiyimiz zaman əməliyyatı dayandırmaq qərarına gəldim. Baş verənlərin hamısına mən cavabdehəm. "

"Qartal caynağı" əməliyyatı ABŞ-a 150 milyon dollara başa gəldi. Mayın 6-da ölənlər üçün matəm elan edildi. Polkovnik Brekvit istefaya göndərildi. Daha sonra, bütün dünya İran ərazisinə silahlı basqın etdiyini biləndə Oman sultanı buna etiraz etdi və Amerika ilə Masira adasının həmin ölkənin Hava Qüvvələri və Donanmasının ehtiyacları üçün istifadə etmələrinə icazə verən razılaşmanı ləğv etdi. "Qartal caynağı" Amerika xüsusi xidmət orqanlarının ən qulaqbatırıcı müvəffəqiyyətsizliyi kimi tarixə düşdü.

Əməliyyatın uğursuzluğunda günahın əsas hissəsi helikopter pilotlarının çiyinlərinə düşdüyündən, Pentaqon bu cür hərəkətlərdə iştirak edə biləcək səyyar vertolyot dəstəsi yaratmağa qərar verdi.

Vertolyot kimi uça bilən və daha uzun məsafəyə sahib olan V-22 tiltrotorunun inkişaf etdirilməsinə başlandı.

Münaqişənin həll edilməməsi Prezident Karterin nüfuzuna mənfi təsir göstərdi. 27 iyul 1980-ci ildə Şah Pəhləvinin ölümü gərginliyi bir qədər azaltdı. ABŞ-ın yeni prezidenti Ronald Reyqan 52 girovun azad edilməsini təmin edə bildi. 19 yanvar 1981-ci ildə Əlcəzairdə gizli danışıqlar aparıldı. Müvəffəqiyyət əldə olundu: ertəsi gün Amerika səfirliyinin bütün məhbusları sərbəst buraxıldı. Onlar əsirlikdə 444 gün keçirməli olmuşdular.

 

Mənbə: www.gazeta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR