Dərc edildi: Baxış sayı: 291
Pentaqondan Rusiyanın nüvə təliminə REAKSİYA
ABŞ Müdafiə Nazirliyi Rusiyanın nüvə silahından istifadə etməyi planlaşdırdığına dair heç bir əlamət qeydə almayıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
"Biz öz nüvə qüvvələrinin yerləşdirilməsini tənzimləmək üçün heç bir səbəb görmürük. Biz Rusiyanın nüvə silahından istifadə etməyi planlaşdırdığına dair heç bir əlamət görməmişik", - o deyib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi nüvə təlimlərinə başladığını elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət