Dərc edildi: Baxış sayı: 470
Pentaqon “Maykrosoft”u seçdi – Xüsusi müqavilə
ABŞ Müdafiə Nazirliyi “Maykrosoft” şirkətiylə 10 milyard dollar həcmində müqavilə imzalayıb.
Axar.az xəbər verir ki, bu məlumatı “Assoşeyted Press” agentliyi yayıb.
Müqaviləyə əsasən, məlumatların saxlanılması infrastrukturu yaradılmalıdır.
Qeyd edək ki, “Maykrosoft”dan başqa bu müqaviləyə əsas iddiaçı “Amazon” korporasiyası olub. “Amazon” razılaşmanın “Maykrosoft”la imzalanmasına etiraz edib.
Pentaqonla əməkdaşlığa “Orakl” və İBM şirkətləri də can atıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət