Slimfit
  1. CƏMİYYƏT

Pensiyalar nə qədər artacaq? - Rəqəmlər dəqiqləşir

Pensiyalar nə qədər artacaq? - Rəqəmlər dəqiqləşir
Sakura

Pensiyalar nə qədər artacaq? - Rəqəmlər dəqiqləşir

2023-cü ilin ilk 9 ayı üzrə orta aylıq nominal əmək haqqı artımı da elan edildi. Bu müddətdə orta aylıq əmək haqqı 11.2 faiz artıb. Qeyd edək ki, ilk 8 ayda bu göstərici 11.3 faiz idi. Orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

Millət vəkili bildirib ki, hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir:

“Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əmək haqqında artım tempinə, pensiya kapitalı isə infilyasiya göstəricisinə indeksasiya olunur. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur.

Bu ilin 9 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq maaşdakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR