Slimfit
  1. İQTİSADİYYAT

Pensiya və maaşlar artırılır - Büdcə layihəsi

Pensiya və maaşlar artırılır - Büdcə layihəsi
Sakura

Pensiya və maaşlar artırılır - Büdcə layihəsi

Maliyyə Nazirliyi 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb. İlkin proqnozlara əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 33 milyard 765 milyon, xərcləri isə 36 milyard 355 milyon manat olacaq.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

“Gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərdə artımın nəzərdə tutulması 2024-cü ildə sosial təminatın daha da güclənəcəyindən xəbər verir. Belə ki, gələn il birbaşa sosial müdafiə və sosial təminat xərcləri 5 faiz artırılaraq 4 milyard 542 milyon manata çatdırılacaq. Qeyd edək ki, bu rəqəm birbaşa sosial xərclərdir. Bütövlükdə sosial istiqamətli xərclər isə 36 milyard 355 milyon manatlıq büdcə xərclərinin 45 faizindən çoxunu təşkil edəcək.

Sosial istiqamətdə daha çox vəsaitlərin nəzərdə tutulması gələn il sosial proqramlara ayrılan vəsaitin artırılacağından xəbər verir. Növbəti yanvardan etibarən bütün növ əmək pensiyaları indeksasiya olunaraq artırılacaq. Digər sosial istiqamətlərdə də təminatın güclənəcəyi gözlənilir”, - Bayramov bildirib.

Qeyd edək ki, V.Bayramov daha öncəki şərhində indeksasiyanın 11 faiz ola biləcəyini vurğulamışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR