Dərc edildi: Baxış sayı: 520
Penitensiar xidmətə 39 yeni avtomobil alınıb
Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənovun iştirakı ilə xidmətin Mühafizə Alayında yeni alınmış avtomobillərə baxış keçirilib.
Penitensiar xidmətdən Femida.az-a verilən məlumata görə, yeni avtomobillər müvafiq xidmət sahələri üzrə çalışan və xüsusi təlim keçmiş əməkdaşlara təhkim olunub. Bildirilib ki, Penitensiar xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkumların və həbs edilmiş şəxslərin etibarlı müşaiyəti, əməkdaşların xidmət yerlərinə daşınmasının təmin edilməsi üçün nəqliyyat parkının yenilənməsi məqsədilə 39 müxtəlif təyinatlı yeni avtomobil alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət