Dərc edildi: Baxış sayı: 501
Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyi (DİN) narkotiklə bağlı birgə əməliyyat keçirib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, birgə əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı istintaq təcridxanasında saxlanılan Əşrəfağa Azad oğlu Əlizadənin Sabunçu rayonu, Zabrat-1 qəsəbəsinin ərazisində gizlətdiyi ümumi çəkisi 482 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət