Dərc edildi: Baxış sayı: 556
Penitensiar xidmət: “Məhkumlarla görüşə gələn şəxslərdən COVID-19 pasportu tələb olunur”
Məhkumlarla qısamüddətli görüşlər qanunvericiliyin tələblərinə uyğun olaraq şüşə arxasından - kontaktsız şəkildə verilir.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, bütün məhkumlar koronavirus əleyhinə peyvənd olunduqları üçün onlarla uzunmüddətli görüşlər zamanı görüşə gələn şəxslərin də vaksinasiya olunması barədə pasport tələb olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət