Slimfit
  1. MARAQLI

Pələng meşədən çıxaraq, maşını müşayiət etdi

Pələng meşədən çıxaraq, maşını müşayiət etdi
Sakura

Pələng meşədən çıxaraq, maşını müşayiət etdi

 

Rusiyada yol kənarında maşını müşayiət edən pələngin videosu sosial şəbəkələrdə böyük maraq doğurub. Kadrlar hadisə şahidləri tərəfindən Xabarovsk şəhəri yaxınlığında Zmeinaya Sopka ərazisində çəkilib. 

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Amur Tiqr” mərkəzindən bildirilib.

Mərkəzin mütəxəssisləri artıq bununla bağlı araşdırmaya başlayıblar.

“Instagram”da dərc olunan videoda görünür ki, yolun kənarında dayanan pələng yaxınlıqda keçən maşını görəndən sonra meşədən çıxır və yavaş hərəkət edən avtomobillə bir müddət yol gedir.

Mərkəz bildirir ki, kadrları çəkən şahidlər tam doğru hərəkət ediblər: Onlar maşından çıxmayaraq, yollarına davam ediblər. 

“Yırtıcılarla rastlaşdıqda davranış qaydalarına riayət edin”, - deyə mərkəzin mütəxəssisləri xəbərdarlıq edib.

Amur pələngi  - planetimizin ən nadir yırtıcılarındandır və Beynəlxalq Qırmızı Kitaba salınıb.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR