Slimfit
  1. AZƏRBAYCAN

Pekində “Cənubi Qafqaz regionunda Azərbaycanın əhəmiyyəti və Azərbaycan-Çin münasibətləri” mövzusunda mühazirə təşkil edilib

Pekində “Cənubi Qafqaz regionunda Azərbaycanın əhəmiyyəti və Azərbaycan-Çin münasibətləri” mövzusunda mühazirə təşkil edilib
Sakura

Pekində “Cənubi Qafqaz regionunda Azərbaycanın əhəmiyyəti və Azərbaycan-Çin münasibətləri” mövzusunda…

Çinin ən nüfuzlu ali təhsil ocaqlarından biri və əsasən Çin Xarici İşlər Nazirliyi üçün diplomatların hazırlanması ilə məşğul olan Pekin Xarici Dillər Universitetində "Cənubi Qafqaz regionunda Azərbaycanın əhəmiyyəti və Azərbaycan-Çin münasibətləri" mövzusunda mühazirə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, universitet rəhbərliyinin, müəllim və tələbələrin, habelə Azərbaycanla bağlı araşdırma aparan tədqiqatçıların iştirak etdikləri mühazirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, XX əsrin sonunda ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi çətinliklərdən və təhdidlərdən danışıb. Bildirib ki, bir çox maraqların toqquşduğu Cənubi Qafqaz bölgəsində yerləşən Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə müstəqilliyinin ilk illərində ciddi problemlərlə qarşılaşıb. Amma ulu öndər Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan çətinliklərin öhdəsindən gələrək davamlı inkişafa nail olmağı bacarıb. Azərbaycan özünün coğrafi şəraiti, iqtisadi potensialı, təbii resursları ilə bölgədə yeni əməkdaşlıq platformaları yaradıb. Məhz ölkəmizin liderliyi və qətiyyəti sayəsində Xəzər dənizi-Qara dəniz-Aralıq dənizini, hətta Adriatik dənizini birləşdirən regional layihələr icra olunur.

Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident Administrasiyasının şöbə müdiri Çinin də daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin tələblərinin hələ də yerinə yetirilməməsindən təəssüfünü ifadə edib. O, Azərbaycanın bu münaqişənin həlli ilə bağlı beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyi barədə məlumat verib.

Mühazirə zamanı Azərbaycan-Çin münasibətlərinin bütün sahələrində müşahidə olunan inkişafın hər iki tərəf üçün faydalı olduğu bildirilib, Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçməsinə Azərbaycanın özünün nəqliyyat-logistika imkanları ilə verdiyi töhfələr vurğulanıb.

Qeyd olunub ki, Azərbaycanın Çin vətəndaşları üçün tətbiq etdiyi sadələşdirilmiş viza rejimi və "ASAN Viza" sistemi daha çox çinli turistin Azərbaycana səfər etməsinə imkan yaradır.

Sonra iştirakçıların müxtəlif mövzularda sualları cavablandırılıb.

Ümumilikdə, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetinin rektoru Pen Lon ilə görüşdə ölkələrimizin humanitar, o cümlədən elm və təhsil sahələrində əməkdaşlığından danışılıb. Bildirilib ki, bu təhsil ocağında Azərbaycan dili üzrə kadrların hazırlanması ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə də inkişafına müsbət təsirini göstərəcək.

Hikmət Hacıyev universitetin Azərbaycan dili kafedrası ilə tanış olub, bu ixtisas üzrə təhsil alan tələbələrlə görüşüb.

Şahin Cəfərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR