Slimfit
  1. DÜNYA

Pekin beynəlxalq uçuşları bərpa edir

Pekin beynəlxalq uçuşları bərpa edir
Sakura

Pekin beynəlxalq uçuşları bərpa edir

Çin Mülki Aviasiya Administrasiyası bir neçə aylıq fasilədən sonra paytaxt Pekinin hava limanlarının beynəlxalq uçuşları qəbul etməsinə icazə verib.

İlkin mərhələdə Pakistan, Kamboca, Tailand, Danimarka, Avstriya, Kanada, İsveç və Yunanıstandan Pekinə uçuşlar bərpa ediləcək. Kambocanın paytaxtı Pnompendən gələn təyyarə martdan sonra Pekinin hava limanına xaricdən ilk uçuş olacaq. Hazırda gündəlik maksimum min sərnişinin xaricdən Pekinə daxil olmasına icazə verilib. Pekinə yalnız Çin vətəndaşları və uçuş məntəqəsinin olduğu ölkənin vətəndaşları uça bilər. Başqa sözlə, əcnəbilərə tranzit reyslərlə Pekinə uçuşuna icazə verilmir.

Qaydalara əsasən, Çin paytaxtına xaricdən gələn bütün sərnişinlərdən koronavirus testinin neqativ nəticəsini təqdim etmək tələb olunur. Bundan başqa, sərnişinlər öz hesabına 14 gün karantində qalmalıdırlar.

AzərTAc xatırladır ki, Çin Mülki Aviasiya Administrasiyası COVID-19 pandemiyası ilə əlaqədar martda paytaxta xaricdən uçuşları dayandırmışdı. Pekin üçün nəzərdə tutulan bütün təyyarələr digər şəhərlərin hava limanlarında qəbul edilirdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR