Slimfit
  1. MARAQLI

Pekin aeroportu 100 milyonuncu sərnişini qəbul edib

Pekin aeroportu 100 milyonuncu sərnişini qəbul edib
Sakura

Pekin aeroportu 100 milyonuncu sərnişini qəbul edib

Pekin "Paytaxt" beynəlxalq hava limanı cari il üçün 100 milyonuncu sərnişini qəbul edib.

Bununla Pekinin "Paytaxt" hava limanı il ərzində xidmət göstərdiyi sərnişinlərinin sayı 100 milyona çatan ikinci aeroport olub. ABŞ-ın Atlanta şəhərindəki Harstfild-Cekson aeroportu 2015-ci ildə bu göstəriciyə nail olub.

Qeyd edək ki, Pekin "Paytaxt" hava limanı həm də sərnişin daşıma sayına görə Atlanta aeroportundan sonra dünyada ikincidir. Çinin "bir nömrəli qapısı" hesab olunan "Paytaxt" aeroportu ölkədə 3 terminalı, 3 uçuş-enmə zolağı və 2 dispetçer qülləsi olan yeganə hava limanıdır. Ümumilikdə 105 yerli və xarici aviasiya şirkətinin təyyarələri Pekindən dünyanın 296 şəhərinə uçuşlar həyata keçirir. Hazırda "Azərbaycan Hava Yolları" QSC (AZAL) də həftədə iki dəfə Bakı-Pekin-Bakı reysi ilə müntəzəm uçuşlar yerinə yetirir.

 

 

Mənbə : Yeniavaz

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR