Dərc edildi: Baxış sayı: 1077
Pediatrdan təklif: Uşaqları küçəyə çıxarın, amma...
Statistik rəqəmlər göstərir ki, xəstəliklə mübarizədə xeyli irəliləyiş var. Bu, yaxşı dinamikadır, qadağalar effektini verir.
Axar.az xəbər verir ki, bunu tanınmış həkim-pediatr Vaqif Qarayev qeyd edib.
O, havaların isinməsini nəzərə alaraq, uşaqların gün ərzində bir neçə saatlıq küçəyə çıxarılmasını təklif edib:
“Havaların isinməsi yeni bir psixoloji diskomfort yaradacaq. Xüsusilə uşaqlar bu hala daha çox narahat olacaqlar. Mən təklif edərdim ki, həyətlərdəki meydançalarda günün müəyyən saatlarında polisin və valideynlərin nəzarəti ilə uşaqlar havaya çıxsın. Vaxt limiti də qoymaq olar. Ən azından uşaqlar gün ərzində bir neçə saat təmiz hava qəbul etsinlər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox