Paytaxtın kimya sənayesində məhsul buraxılışı 22,1 faiz azalıb
Bakının kimya sənayesində məhsul buraxılışı 22,1 faiz azalıb.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, yarım ildə paytaxtın kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 124,3 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 22,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 0,9 faiz azalma, əczaçılıq məhsullarının istehsalında isə 5 faiz artım müşahidə olunub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kimya məhsullarından azot istehsalı 4,3 dəfə, oksigen istehsalı 72,8 faiz artıb.
Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə, polietilen kisə və çantaların istehsalı 32 faiz artıb, liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı isə 82,3 faiz azalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət