Slimfit
  1. MARAQLI

Payız fəslində dəriyə faydalı olan qidalar

Payız fəslində dəriyə faydalı olan qidalar
Sakura

Payız fəslində dəriyə faydalı olan qidalar

Havaların soyuması ilə dərimizdə qurumalar baş verir.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, baxım vasitələrindən başqa dərini qidalandıran təbii məhsullar ilə də bunun qarşısnı almaq mümkündür.

 

İspanaq

Bu yaşıl yarpaqlı tərəvəz antioksidan baxımından zəngin olan qidalardan biridir. İspanaq tərkibindəki dəmir, folat, xlorofil, maqnezium, A, C və E vitaminləri ilə yanaşı proteinlə də zəngin olan möhtəşəm bir qida qaynağıdır. Dəri problemləri ilə mübarizə apararaq tərkibindəki A,C, E vitaminləri dərini təmizləyir.

Sonbaharda cildi besleyen besinler

Alabalıq

Alabalıq və ton balığı kimi yağlı balıqlar omeqa-3 yağ asitləri baxımından son dərəcə zəngindir. Omeqa-3 yağ asitləri dəri sağlamlığını qoruyur. Xüsusilə allergik reaksiyalar səbəbilə qızarmış dərinin yenilənməsini sürətləndirir. Bundan başqa balıq dərinin nəm tarazlığını tənzimləyir və qurumağa qarşı qoruyur. Günəş şüalarının zərərli təsirlərinin aradan qalxmasına kömək edir.

Sonbaharda cildi besleyen besinler

Qaragilə

Qaragilə C vitamini baxımından olduqca zəngin bir meyvədir. Qaragilə dərinin elastikliyinin artmasını təmin edir və kollagen proteini istehsal etməyə kömək edir. Tərkibində olan bir çox maddələr sayəsində qaragilə antioksidan təsir göstərərək dərinin həssas quruluşuna dəstək olur.

Sonbaharda cildi besleyen besinler

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR