Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Payız aylarında necə qidalanmalı?

Payız aylarında necə qidalanmalı?
Sakura

Payız aylarında necə qidalanmalı?

Havaların soyuduğu, xəstəliklərin artdığı, infeksion xəstəliklərin çoxaldığı bu dönəmdə düzgün qidalanmaq çox önəmlidir. Payız və qış aylarında dünyanın ən geniş yayılmış sağlamlıq problemlərindən olan infeksion xəstəliklərin səviyyəsi artır. Mütəxəssislər qrip və soyuqdəymə hallarının qarşısını almaq üçün payızda lazımlı qidalardan kifayət qədər istifadə olunmasını vacib sayırlar. Onlar payız mövsümündə qidalanma ilə bağlı aşağıdakı məsləhətləri verirlər:

Payız aylarında immuniteti qoruyaraq, daha da gücləndirmək üçün təsiredici vasitələrdən biri yetərincə və planlı qidalanmaqdır. Xüsusilə, infeksiyalara qarşı daha həssas olan uşaqlar, hamilə qadınlar, süd verən analar və qocalar üçün düzgün qidalanma daha çox önəmlidir.

Bədənin vitamin və mineral ehtiyacını ödəyin

Düzgün qidalanma, gün ərzində hər növ qidadan kifayət qədər qəbul etməklə mümkündür. Beləliklə, ehtiyacımız olan zülal, karbohidrat, yağ, vitamin və mineralları da qəbul etmiş oluruq. Xatırladaq ki, A və C vitaminləri, antioksidant effekti göstərirlər və bu vitaminlər həzm sistemini gücləndirərək xəstəliklərlə mübarizədə bədənə güc verir. Kök, yaşıl bibər, mandarin və.s, keşniş, şüyüd kimi göyərtilər vitaminlərlə zəngindir.

Lakin unutmayın ki, meyvələr şirəsi çəkildikdən sonra qısa müddətdə içilməlidir. Meyvə şirəsi saxlanlıdıqda tərkibindəki C vitamini itir. Çünki bu vitaminə işıq və isti tez təsir edir. Bundan əlavə çay və qəhvə yerinə bitki çayları və ya C vitamini ilə zəngin olan itburnu çayına üstünlük verin. Yemək zamanı və ya yemək arası çoxlu miqdarda salat yemək də bizi ehtiyacımız olan vitaminlərlə təmin edəcək. Tərkibindəki C vitamini itməsin deyə salatları da meyvə şirəsi kimi hazırlandıqdan sonra tez zaman ərzində qəbul edin.

Düzgün qidalanmada digər bir şərt, kifayət qədər zülal qəbul etməkdir. Xüsusilə süd, qatıq, pendir, yumurta, ət, toyuq və balıq kimi qidalar zülalın ən yaxşı mənbəyidir. Sözügedən məsləhətlərə əməl etməklə immun sisteminizi gücləndirib, xəstəliklərdən qoruna bilərsiniz.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR