Slimfit
  1. AZƏRBAYCAN

Patriarx Kirill: İlham Əliyev müdrik və istedadlı rəhbərdir

Patriarx Kirill: İlham Əliyev müdrik və istedadlı rəhbərdir
Sakura

Patriarx Kirill: İlham Əliyev müdrik və istedadlı rəhbərdir

Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Oxu.Az xəbər verir ki, məktubda deyilir: 

“Zati-aliləri, möhtərəm Prezident.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz uzun illərdir ki, rəhbərlik etdiyiniz ölkənin firavanlığının və dinamik inkişafının qayğısına qalan müdrik və istedadlı rəhbər kimi Azərbaycan sakinlərinin rifahı naminə çalışırsınız.

Bakı Pravoslav Kilsəsinin və Bakı-Azərbaycan Yeparxiyasının fəaliyyətini dəstəklədiyinizə və onlara göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Ümidvaram ki, bizim əməkdaşlığımız bundan sonra da öz bəhrələrini verəcək, cəmiyyətdə ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasına, Cənubi Qafqaz regionunda, dinlərarası və millətlərarası sülhün möhkəmlənməsinə şərait yaradacaq.

Sizə möhkəm cansağlığı, Tanrıdan kömək və Azərbaycan xalqına xidmət kimi məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR