Slimfit
  1. AZƏRBAYCAN

Paşinyanın sözçüsü: "Biz Azərbaycanla Ermənistan arasında fikir ayrılıqlarının aradan qalxacağına ümid edirik"

Paşinyanın sözçüsü: "Biz Azərbaycanla Ermənistan arasında fikir ayrılıqlarının aradan qalxacağına ümid edirik"
Sakura

Paşinyanın sözçüsü: "Biz Azərbaycanla Ermənistan arasında fikir ayrılıqlarının aradan qalxacağına ümid…

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüş məhsuldar oldu".

Bunu "Report"un Qərbi Avropa bürosunun sualına cavabında Ermənistan baş nazirinin sözçüsü Vladimir Karapetyan bildirib. 

"Bundan əvvəl iki ölkənin xarici işlər nazirləri səviyyəsində bir sıra razılıqlar əldə olunmuşdu. Ancaq liderlərin görüşündə bir sıra məqamlarla bağlı fikir ayrılıqları hələ də qaldı. Lakin biz danışıqların davam etməsi üçün yaxşı atmosferin beləcə davam etməsini arzulayırıq. Bu məqamların da həll olunacağına və sülh prosesini davam etdirəcəyimizə ümid edirik. Əlbəttə, biz xalqımızı sülhə hazırlayırıq. Əgər baş nazir parlamentə müraciət edirsə, Dağlıq Qarabağda yaşayan əhalinin, erməni və Azərbaycan xalqının arzu və istəyini nəzərə almağı deyirsə və sülhün yaranmasının vacibliyini vurğulayırsa, bu o deməkdir ki, sülh istəyirik. Baş nazirin istəyi odur ki, erməni xalqı Azərbaycan xalqına birbaşa müraciət etsin. Bunun üçün maneələr var. O, bu maneələrin aradan qaldırılmasını yüksək qiymətləndirəcək", - o deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR