Slimfit
  1. AZƏRBAYCAN

Paşinyanın sərsəm bəyanatı müharibə deməkdir

Paşinyanın sərsəm bəyanatı müharibə deməkdir
Sakura

Paşinyanın sərsəm bəyanatı müharibə deməkdir

Paşinyanın Rusiyadan verdiyi bəyanatlar göstərir ki, Ermənistanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı hansısa mövqeyi yoxdur.

Bu sözləri Axar.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı Dağlıq Qarabağla bağlı verdiyi bəyanatları şərh edən “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq qeyd edib ki, Paşinyan Dağlıq Qarabağ məsələsi ilə bağlı nə edəcəyini bilmir:

“Paşinyanın Rusiyadan verdiyi bəyanatlar göstərir ki, Ermənistanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı hansısa mövqeyi yoxdur. Nikol, ümumiyyətlə, Qarabağ məsələsi ətrafında cərəyan edən danışıqlar prosesindən xəbərsizdir. Paşinyan Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi saymaqla özü özünü ifşa etdi. Çünki Paşinyanın Moskvadan verdiyi bütün bəyanatlar birbaşa həmsədrlər tərəfindən Dağlıq Qarabağla bağlı aparılan danışıqlara əksdir. Bütün bunlar onu göstərir ki, dava heç də erməni xalqının müqəddaratını tanıtmaq davası deyil, açıq-aşkar işğalçılıq və ilhaq siyasətinin davamıdır”.

Politoloq hesab edir ki, belə bir şəraitdə Ermənistanla danışıqlar prosesinin davam etdirilməsi mənasızdır:

“Paşinyanın münaqişənin tənzimlənməsi ilə bağlı açıqlamaları beynəlxalq hüquq normalarına ziddir. Ona görə də Azərbaycan həmsədrlərdən ayrı-ayrılıqda Paşinyanın sərsəm bəyanatlarına mövqe bildirməyi tələb etməlidir. Savadsız Paşinyan sərsəm bəyanatları ilə müharibəni körükləyir. Çünki Azərbaycan torpaqlarının Ermənistan tərəfindən birtərəfli ilhaqı sülh prosesinə kölgə salır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR