Slimfit
  1. DÜNYA

Paşinyanın Qarabağla bağlı məktubu saxta çıxdı

Paşinyanın Qarabağla bağlı məktubu saxta çıxdı
Sakura

Paşinyanın Qarabağla bağlı məktubu saxta çıxdı

Ermənistanın xüsusi xidmət orqanları baş nazir Nikol Paşinyanın sosial şəbəkələrdə yayılmış saxta məktubunun müəllifini axtarırlar. NATO-nun baş katibi Yens Stoltenberqə ünvanlanmış məktubda Ermənistan hökumətinin başçısı guya Şimali Atlantika Alyansı ilə daha sıx əməkdaşlığa hazır olduğunu və Dağlıq Qarabağ münaqişəsinin bunun qarşısında ən böyük əngəl təşkil etdiyini bildirir. O, bu kontekstdə guya ilin sonunadək “erməni qoşunlarını Dağlıq Qarabağdan çıxaracağını” vəd edib.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, saxta məktubda Ermənistan qoşunlarının münaqişə zonasından çıxarılacağı və Dağlıq Qarabağın Azərbaycanın nəzarətin veriləcəyinə dair ümumxalq referendumu keçiriləcəyi barədə fikirlər də yer alıb. Bu feyk məktubu ilk dəfə informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan aşkar edib. O, bildirib ki, yüksək ehtimalla məktubun mətni Ermənistanın hüdudlarından kənarda hazırlanıb. Ermənistan milli təhlükəsizlik xidmətinin mətbuat katibi Samson Qalstyan isə bu vəziyyəti şərh etməkdən imtina edib.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi isə məktubun feyk olduğunu təsdiq edib, lakin onu şərh etmək istəməyib.

Kibertəhlükəsizlik üzrə ekspert Martirosyan qeyd edib ki, məktub çox savadlı hazırlanıb. Onun sözlərinə görə, hətta Paşinyanın ən qatı düşmənləri belə bu məktubun feyk olduğunu bildiriblər.

Paşinyanın mətbuat katibi də bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR