Slimfit
  1. SİYASƏT

Paşinyanın “müharibəsiz qələbə” taktikası?

Paşinyanın “müharibəsiz qələbə” taktikası?
Sakura

Paşinyanın “müharibəsiz qələbə” taktikası?

Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra ölkəsinin təhlükəsizlik konsepsiyasını dəyişməyə çalışır.

Axar.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb.

Analizdə Paşinyanın hazırkı konsepsiyanı yararsız hesab etdiyi bildirilib:

“2016-cı il aprel savaşı Ermənistan ordusundakı böyük qüsurları ortaya çıxartdı və hakimiyyətə gələn Paşinyan qüsurları etiraf etmək məcburiyyətində qaldı. Ermənistanın təhlükəsizlik konsepsiyası 2007-ci ildən bu yana dəyişdirilməyib. Yeni konsepsiyanın ana istiqamətlərini Paşinyanın yeni təyin etdiyi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təqdim edib”.

Mərkəzin təhlilində Ermənistanın yeni təhlükəsizlik konsepsiyasının əsas müddəaları diqqətə çatdırılıb:

“Birincisi, yeni konsepisya 2016-cı il aprel müharibəsinin təkrarına yol verməməlidir. İkincisi, strategiyanın əsas şüarı budur: “Peşəkar generallar qələbəni müharibəsiz də əldə edirlər”. Üçüncüsü, “yumşaq gücdən” istifadə. Paşinyanın məqsədi aydındır. Erməni cəmiyyəti müharibə və itki istəmir. Ona görə də Paşinyanın təlimatıyla hazırlanan təhlükəsizlik konspesiyasının 3 ana maddəsində cəmiyyəti sakitləşdirmək üçün müharibə istisna edilir. Ancaq bunun reallaşdırılması mümkün deyil. Çünki “müharibə istəməmək” tək bir tərəfdən asılı olan məsələ deyil. Əgər qarşıdakı ordu növbəti hücum əməliyyatı planlaşdırırsa, döyüşə girməlisən”.

Təhlildə Paşinyanın və onun hökumətinin ən çox qorxduğu məqamən müharibə olduğu vurğulanıb:

“Aprel savaşının nəticələri birinci mərhələdə Ermənistan ordusunda ciddi silkələnməyə, ikinci mərhələdə isə Serj Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxartdı. Paşinyan eyni taleni yaşamaq istəmir”.

Analizdə Paşinyanın planlarını pozacaq yeganə gücün Azərbaycan ordusunun növbəti həmləsi ola biləcəyi vurğulanıb:

“Bu halda Ermənistanın təhlükəsizlik konsepsiyasındakı hər 3 maddə - “aprel müharibəsinin təkrarlanmaması”, “qələbəni müharibəsiz əldə edən generallar” və “yumşaq güc” - mənasız söz yığınına çevriləcək və İrəvan yeni konsepsiyadan da imtina etməli olacaq. Ona görə də Ermənistan hökumətinin böyük ümidlərlə hazırladığı yeni təhlükəsizlik konsepsiyasının işlək və uzunömürlülüyü işğal faktına son qoyulmasından və bunun əsasında Azərbaycanla sülh sazişi imzalamasından keçir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR