Slimfit
  1. DÜNYA

Paşinyanın maaş qərarı aranı qatdı - Deputatlar etiraz edir

Paşinyanın maaş qərarı aranı qatdı - Deputatlar etiraz edir
Sakura

Paşinyanın maaş qərarı aranı qatdı - Deputatlar etiraz edir

Ermənistan parlamentinin deputatları maaşlarının nazir və nazir müavinləri səviyyəsində olmasını istəyirlər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Jamanak” nəşri yazıb.

“Son artıma qədər deputatların maaşı nazir müavinlərinin maaşına bərabər idi. Parlamentin komissiya sədrinin maaşı isə nazirin maaşı səviyyəsində idi”, - deyə nəşr bildirib.

İndi isə deputatlarla nazir və nazir müavinlərinin maaşları arasında fərq böyükdür.

Buna görə də Ermənistanın qanunverici orqanının nümayəndələri icra hakimiyyətində təmsil olunan şəxslərdən az maaş almasını ədalətsizlik hesab edirlər.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2019-cu ilin iyul ayından etibarən özünün və yaxın ətrafında olan nazirlərin, nazir müavinlərinin əməkhaqlarını iki dəfə artırıb. Ermənistan mətbuatı yazıb ki, Paşinyanın bu qərarı ictimaiyyətdən gizlədilib.

Baş nazir Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri vəzifəsini icra edən Armen Xaçatryan etiraf edib ki, həqiqətən də, əməkhaqlarının artırılması gizli şəkildə həyata keçirilib. Xaçatryan deyib ki, ona görə də bu cür məlumatlar açıqlanmır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR