Dərc edildi: Baxış sayı: 360
Paşinyanın Əliyevlə görüşə gələn zaman telefonla kimlə və nə danışdığı üzə çıxdı
Ermənistanın Baş naziri Nikol Paşinyan Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən əvvəl Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyana zəng edərək onunla məsləhətləşib.
Publika.az xəbər verir ki, bu haqda “Past” qəzeti yazıb.
Nəşrin yazdığına görə, Davosdakı görüş təsadüfi bir görüş deyildi. Liderlərin görüşü yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyinin başçıları - Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın dördsaatlıq görüşünün gedişatında müzakirə edilmiş və planlaşdırılmışdı.
Xatırladaq ki, İlham Əliyev və Nikol Paşinyan arasında qeyri-rəsmi görüş yanvarın 22-də keçirilib. Görüş 1,5 saat davam edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət