Paşinyanın çağırışına neçə nəfər qoşuldu? – Rüsvayçı rəqəm
Ermənistanın Vətəndaşların Məlumatlandırılması İttifaqı təşkilatı Paşinyanın məhkəmələrlə bağlı aksiya çağırışına nə qədər insanın reaksiya verməsinə aydınlıq gətirib.
Axar.az xəbər verir ki, təşkilat məhkəmələr qarşısındakı aksiyalara hakim Mənim Addımım Blokunun deputatlarının nəzarət etdiyini müəyyən edib. Belə ki, şəhərin Kentron və Nork-Maraş məhkəmələri qarşısında 300 etirazçının toplanıb və onların arasında deputat Narine Tuxikyan da olub. Bundan başqa, David Sanasaryan, deputatlar Ayk Konjoryan, Tatevik Ayrapetyan, Mxitar Ayrapetyan Avan və Nornorks məhkəmələrinin qarşısını 150 etirazçı ilə kəsiblər. Erebuni və Nubaraşen məhkəmələri qarşısında isə 50 etirazçı olub və onların sıralarına deputatlar Armen Pambuxçyan və Akop Simidyan qatılıblar.
Digər şəhər məhkəmələrinin qarşısının qapadılması işində Sərkis Xandanyan, Kristina Poqosyan, Arman Yeqoyan, Nikolay Baqdasaryan, Lilik Makunts, Vaaqn Ovakimyan, Gevork Papoyan, Mariya Karapetyan və Babken Tunyan iştirak ediblər. Bu şəxslərin iştirak etdiyi aksiyalarda maksimum 150 nəfərə yaxın etirazçı olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət