Slimfit
  1. MEDİA

Paşinyanın bu sözü savaşı qaçılmaz etdi - Voronenko

Paşinyanın bu sözü savaşı qaçılmaz etdi - Voronenko
Sakura

Paşinyanın bu sözü savaşı qaçılmaz etdi - Voronenko

Bu gün Ermənistanda xaos hökm sürür və etiraz dalğasından sonra hakimiyyətə gələn Paşinyanın durumu heç də ürəkaçan deyil.

Bu sözləri Axar.az-a açıqlamasında ukraynalı politoloq Aleksey Voronenko Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olduğunu söyləməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Paşinyan darmadağın hesabı ilə uduzduğu üçün hazırda ona “qol vurmaq” lazımdır:

“Onun Qarabağa gəlişi və buradakı populist çıxışı bu ağrılı mövzudan öz “varçapet” kreslosunda heç olmasa bir az daha oturmaq üçün istifadə etmək cəhdindən başqa bir şey deyil. Paşinyan verdiyi böyük vədlərin heç birini tuta bilmədi. Ermənistan xarici siyasət gəmisinin yelkənlərinin hansı istiqamətə baxdığı hələ də bəlli deyil. Ermənistan da daxil olmaqla heç bir ölkə qondarma Dağlıq Qarabağı tanımayıb. Qarabağın kimə məxsus olduğunu və ermənilərin əlinə necə düşdüyünü bütün dünya bilir. Düşünürəm ki, rəsmi Bakı artıq hərəkətə keçməlidir. Paşinyan öz bəyanatları ilə danışıqların mənasız olduğunu göstərdi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR