Paşinyanın arvadı Qarabağda əlində avtomatla niyə yerdə sürünür? - SƏBƏBİ AÇIQLANDI
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan işğal olunmuş ərazilərimizə qanunsuz səfər edib. Hər dəfə sülhdən danışan Anna Akopyan hərbi forma geyinərək əlinə silahla hərbi təlimdə iştirak edib.
Ens.az xəbər verir ki, Mövzunu deputat Azər Badamovla davam etdirdik. O, KONKRET.az-a açıqlamasında bildirdi ki, Nikol Paşinyanın işğal altındakı torpaqlarımıza səfərləri Tovuz döyüşlərində aldığı zərbədən qondarma ərazilərdə heçə enmiş ruh düşkünlüyünü qaldırmaq məqsədi daşıyır:
“O, son vaxtlar Rusiyadan aldığı müəyyən dəstəyə arxalanaraq Dağlıq Qarabağda sərsəm bəyanatlar səsləndirir. Paşinyanın hakimiyyətə gəlişi elə onun özü üçün də sürpriz oldu, çünki, o vaxtlar ermənilər Ermənistandakı cinayətkar rejimindən cana gəlmişdilər və arzulayırdılar ki, Sarkisyanın əsarətindən azad olsunlar. Kimin gəlişinin isə onlar üçün elə bir önəmi yox idi. Zaman göstərdi ki, heç də elə deyil. Hakimiyyətə gətirdikləri Paşinyan Sarkisyandan da betərdir və qurduğu diktatura rejimi ölkəni məhvə doğru aparır”.
Deputat qeyd edib ki, Paşinyanın tez-tez Qarabağa səfər etməsi və arvadına da avtomat verərək yerdə sürünməsi erməni ictimaiyyətini sakitləşdirmək xarakterini daşıyan şoudan başqa bir şey deyil:
“Paşinyanın özü də bilir ki, havadarları ona nə qədər dəstək versə də döyüş meydanında Azərbaycan Silahlı Qüvvələri ilə üz-üzə dayana bilməyəcək. Ona görə də düşünürəm ki, Paşinyanın Qarabağa səfərləri həm də öz düşüncəsinə görə Azərbaycan Ordusunun hərbi əməliyyatlara başlamasını qabaqlamaq məqsədi daşıyır. O, fikirləşir ki, Qarabağa səfərləri mövcud vəziyyəti daha da uzadacaq, ancaq anlamır ki, bu, mümkün deyil və Silahlı Qüvvələrimizlə Azərbaycan xalqı Ali Baş Komandanın əmrini gözləyir və müharibə hər an başlaya bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət