Slimfit
  1. DÜNYA

Paşinyandan sensasion etiraf: Bakının mövqeyini təsdiqlədi

Paşinyandan sensasion etiraf: Bakının mövqeyini təsdiqlədi
Sakura

Paşinyandan sensasion etiraf: Bakının mövqeyini təsdiqlədi

Görünür, eks-prezident Robert Köçəryanın həbsdən azad olunması Paşinyana çox toxunub.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloq bildirib ki, Paşinyanın ən diqqətçəkən açıqlaması 2016-cı ilin aprel döyüşləri ilə bağlıdır:

“Paşinyan deyib ki, parlament 2016-cı ilin aprel hadisələrini araşdıran komissiya yaratmalıdır. Bu o deməkdir ki, Nikol Paşinyan aprel müharibəsinə görə Qarabağ klanının məsuliyyət daşıdığına eyham vurur. Komissiya yaradılacaqsa, o döyüşlərdə ermənilərin itkilərinə də ilk dəfə aydınlıq gətirmək məcburiyyətindədir”.

E.Şahinoğlunun sözlərinə görə, Paşinyanın bu açıqlaması Azərbaycanın əlini gücləndirir:

“Biz də deyirdik ki, erməni separatçıları 2016-cı ilin aprelində təxribat törədiblər və Azərbaycan ordusu təxribata cavab olaraq əks-hücum əməliyyatı həyata keçirib. İndi Paşinyan da deyir ki, Qarabağ klanı onun mövqelərini zəiflətmək üçün cəbhə bölgəsində təxribat yaratmaqla torpaq itkisinə şərait yaradır ki, xalqın gözündə baş nazirin reytinqi aşağı düşsün. Bu cümlə də göstərir ki, Paşinyan cəbhə bölgəsində indiyə qədər atəşkəsin pozulmasının arxasında separatçıların dayandığını etiraf edir. Əlimizə bu cür fürsət düşmüşkən Azərbaycan XİN-nin bir bəyanat verib Paşinyanın etiraflarına dəstək verməsi zəruridir”.

 

Qeyd edək ki, Ermənistanda Robert Köçəryanın azadlığa çıxmasından sonra Paşinyan xalqa müraciət edərək, onları küçələrə çağırıb. Erməni baş nazir, həmçinin, ölkədəki keçmiş hakimiyyət nümayəndələrinin hərbi fəaliyyətləri provokasiya edərək, əraziləri Azərbaycana verməyə və bunun da məsuliyyətini İrəvanın üzərinə atmağa çalışdıqlarını iddia edib.

O, Aprel savaşına görə parlament komissiyasının da yaradılması vacibliyini və günahkarların tapılması gərəkdiyini etiraf edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR