Dərc edildi: Baxış sayı: 555
Paşinyana görə istefa verdiyi deyilirdi — Onun baş müşaviri oldu
Sentyabrın 18-də Ermənistan Təhlükəsizlik Şurasının iclasında Baş Nazir Nikol Paşinyanla sərt mübahisədən sonra istefa verən ölkə polisinin rəisi, general-mayor Valeri Osipyan daha yüksək vəzifəyə təyin olunub.
“Qafqazinfo”nun “sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, Paşinyan onu özünə baş müşavir təyin edib.
Qeyd olunur ki, V. Osipyan Ermənistanda “məxməri inqilab”dan sonra polis rəisi vəzifəsinə gətirilib. O, bu postda 1 il 5 ay müddətində olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət