Slimfit
  1. MEDİA

Paşinyan yalnız “güc dilini” qanır – Politoloq

Paşinyan yalnız “güc dilini” qanır – Politoloq
Sakura

Paşinyan yalnız “güc dilini” qanır – Politoloq

Paşinyanın son açıqlamaları Ermənistanın öz öhdəliklərinə sadiq qalmağı bacarmayan, beynəlxalq hüququn prinsiplərinə məhəl qoymayan, dövlətdən daha çox terror təşkilatı kimi davranan bir subyekt olduğunu təsdiqləyir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, Paşinyan bu günə qədər verdiyi sözlərin heç birinə əməl etmədi və indi buna görə də xalqın fikrini yayındırmaq üçün belə mənasız və populist çıxışlar edir:

“İstənilən ölkə hüquqi dövlət kimi öz mahiyyətini ikitərəfli və çoxtərəfli öhdəliklərinə münasibətdə büruzə verir. Beynəlxalq hüququn prinsiplərinə uyğun müqavilələr imzalayır, konvensiyalara qoşulur, qlobal və regional təşkilatların işində onların prinsiplərinə əməl edəcəyi barədə öhdəlik götürməklə iştirak edir. Baş nazir Paşinyanın davranışları isə sübuta yetirir ki, Ermənistan özünü dünyada mövcud olan hüquqi sistemin tərkib hissəsi saymır, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərini qəbul etmir, özünü hüquqdan üstün tutur. Bu klassik cinayətkar, terrorçu psixologiyasıdır və belə olduğu təqdirdə Ermənistana müstəqil hüququn subyekti kimi münasibət bəsləmək mümkün deyil”.

Politoloq bildirib ki, Paşinyan xalqı problemlərdən, yarıtmaz idarəetmədən, iflasa uğrayan xarici siyasətdən yayındırmaq və vaxt qazanmaq istəyir:

“Paşinyan Qərb dairələrinə ona görə yaxınlaşmağa çalışır ki, münasibətlərdə müəyyən qədər yumşalmaya nail olsun və bölgədə Azərbaycanın aktivliyini azaltsın. O düşünür ki, belə olan halda Ermənistana müəyyən qədər pəncərə açılacaq və iqtisadiyyatı gücləndirə biləcək. Təbii ki, bu absurddur. Paşinyan bu vədlərlə, yalanlarla yalnız savadsız erməni cəmiyyətini aldada bilər. Ümumiyyətlə, Paşinyan ölkəsində və işğal altında olan Azərbaycan ərazisində yaşayan ermənilər arasında ultramillətçi əhval-ruhiyyəni gücləndirməklə diqqəti sosial, hakimiyyətdaxili problemlərdən, yarıtmaz idarəetmədən, iflasa uğrayan xarici siyasətdən yayındırmaq və vaxt qazanmaq istəyir. Paşinyan düşünür ki, Köçəryan və Sərkisyanın Ermənistandakı uzunmüddətli hakimiyyətinə yol işğal altındakı Azərbaycan ərazilərindən başlayıb və o da vaxtilə sabiq Ermənistan prezidentlərinin ilkin şüarlarını dilə gətirməklə “Dağlıq Qarabağ” kartını onların əlindən almağa çalışır”.

E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycan bundan sonra Ermənistana daha sərt və ciddi mövqe göstərməlidir ki, Paşinyan bir daha belə mənasız bəyanatlardan çəkinsin:

“Çünki Paşinyan hər dəfə göstərir ki, o, gücdən və təzyiqdən başqa heç nə tanımır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR