Dərc edildi: Baxış sayı: 488
Paşinyan təşvişdə: İlin sonuna qədər...
İlin sonuna qədər yeni həbslər və skandallar gözlənilir.
Axar.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti etibarlı mənbələrinə istinadən yayıb. Məlumata görə, bu, hakimiyyət dairələrindəki müəyyən gərginlik və narahatlıqla bağlıdır:
“Bunun üçün səbəblər var. Reytinqin düşməsi faktoruyla yanaşı, hakimiyyət dərk etməyə başlayıb ki, hansısa peyklər vasitəsilə nəsə nəticə əldə etmək mümkün deyil. Belə addımlar inqilab ideyasını daha çox gözdən salır.
Onları həm də müxalifət meydanındakı stabil inkişaf narahat edir. Xüsusilə, hakimiyyət “Vernatun” klubunun yaradılması, Daşnaksütyunun aktivliyi, Artur Vanetsyanın yeni qüvvə yaratmaq barədə danışıqları, Serj Sərkisyanın siyasətə qayıtmasından narahatdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət