Dərc edildi: Baxış sayı: 634
Paşinyan: Sabah saat 12-də Ermənistanda inqilab olacaq
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə inqilabın ikinci və əsas mərhələsinin anonsunu verib. Bu barədə o öz Facebook səhifəsində yazıb:
“Sabah saat 12:00-da mən Ermənistanda inqilabın ikinci mərhələsini elan edəcəm. Ümumxalq dəstəyini səbirsizliklə gözləyirəm”.
Daha öncə Paşinyan həmvətənlərini ölkədəki bütün məhkəmələri blok etməyə çağırmışdı. Bu bəyanat sabiq prezident Robert Koçaryanın azadlığa buraxılmasından dərhal sonra səsləndirilmişdi.
Koçaryanın azadlığa buraxılmasını qondarma Dağlıq Qarabağ Respublikasının sabiq və hazırki rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan dəstəkləmişdi.
Qeyd edək ki, Koçaryan 2018-ci il iyulun 27-dən həbsdə idi.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət