Paşinyan Rusiyaya getdi
Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə baş tutacaq Avrasiya İqtisadi Şurasının yüksək səviyyəli iclasında iştirak etmək üçün Sankt-Peterburqa səfərə gedib.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, iclasda internet-bazarların tənzimlənməsi, şəbəkə texnologiyalarının inkişafı, neft, qaz və neft məhsullarının ümumi bazarının formalaşdırılması müzakirə ediləcək.
Liderlər Avrasiya İqtisadi Komissiyasının kollegiya sədrinin internet-bazarların tənzimlənməsi və şəbəkə texnologiyalarının inkişafı ilə bağlı Avrasiya İqtisadi Birliyinin 2025-ci ilədək rəqəmsal gündəliyin icrasının gedişi barədə hesabatını dinləyəcək, həmçinin Avrasiya komissiyasının ümumi neft və qaz bazarı ilə bağlı hazırladığı proqram müzakirə olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət