Slimfit
  1. AZƏRBAYCAN

Paşinyan Romada: Ermənistan sülh istəyirmi?

Paşinyan Romada: Ermənistan sülh istəyirmi?
Sakura

Paşinyan Romada: Ermənistan sülh istəyirmi?

Bir neçə gündən sonra Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Romaya səfər edəcək. İstər xarici siyasət məsələlərinə marağın olmaması və istərsə də italyanların böyük əksəriyyətinin Ermənistanın yerləşməsi haqqında dəqiq bir təsəvvürünün olmaması səbəbindən sözügedən səfərin ölkəmizdə xüsusi əks-səda doğurmayacağı gözlənilir. Bununla belə Paşinyanın səfəri Avrasiya məkanında potensial olaraq ən təhlükəli və həll olunmayan məsələlərdən biri olan Dağlıq Qarabağ münaqişəsində İtaliyanın müsbət rolunu gündəmə gətirə bilər.

Trend-in məlumatına görə, bu Daniel Pommierin İtaliya mətbuatındakı məqaləsində deyilir.

Məqalədə qeyd olunur: "Paşinyan 2018-ci ilin mayında Ermənistanda məxməri inqilab kimi təqdim edilən hadisələrin nəticəsində hakimiyyətə gələndə beynəlxalq səviyyədə də böyük dəstək aldı. 1975-ci il təvəllüdlü müxalifətçi jurnalist, həmçinin sovet sisteminə yad olan bir nəslin nümayəndəsi olan Paşinyan 1990-cı illərin əvvəllərindən bəri Ermənistan Respublikasını idarə edən hakim qüvvəni genişmiqyaslı xalq hərəkatının köməyi ilə hakimiyətdən uzaqlaşdırmağı bacardı. Ermənistan tamamilə Rusiyadan asılı olan, habelə 25 ildir ki bir Partiya-Dövlət siyasi sistemi üzərində qurulmuş kasıb bir ölkədir. Müxalifətçi Paşinyanın hakimiyyətə gəlişi bu durğun siyasi mənzərəni yeniləməli, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesinə müsbət təsir göstərməli idi.

Münaqişənin mahiyyəti məlumdur: 1992 və 1994-cü illər arasında Ermənistan əvvəllər erməni və azərbaycanlı icmalarının birgə yaşamış olduğu və birincinin çoxluq təşkil etdiyi, müvafiq muxtariyyət forması olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etdi. Məqsəd "Böyük Ermənistan" yaratmaq idi. Nəticə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun işğalı, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə düşməsi, həqiqi siyasi sazişlə tamamlanmayan atəşkəsin elan olunması, Ermənistan da daxil olmaqla dünyanın heç bir dövləti tərəfindən tanınmayan qondarma "dağlıq qarabağ respublikası" kimi qeyri-qanuni separatçı rejimin yaradılması oldu.

Baş verənlər Ermənistanın beynəlxalq səviyyədə tədric olunmasına, Rusiyadan struktur asılılığına düşməsinə və münaqişə “şahinləri”nə bağlı qrupun hakimiyyəti ələ alması kimi qarışıq bir vəziyyətə gətirib çıxardı. Öz ərazilərini itirmiş qonşu Azərbaycan isə təbii sərvətlərdən ağıllı istifadə siyasəti nəticəsində iqtisadi cəhətdən çiçəklənərək, habelə hərbi baxımdan belə Ermənistanı geridə qoydu.

Paşinyan bütün bunları aradan qaldırmalı idi və yeni hökumətin gəlişi Azərbaycanı və vasitəçilik həvalə olunan "Minsk qrupu" ilə birlikdə ATƏT-i həvəsləndirdi. Son müddətdə Paşinyan Dağlıq Qarabağ mövzusuna münasibətdə millətçi və aqressiv arqumentlərə qayıdaraq kursu dəyişdi. Belə ki, Paşinyanın bu ilin yayında “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə" - deyə səsləndirdiyi bəyanat bütün müşahidəçiləri heyrətləndirdi.

Bu, vasitəçiliyi məhdudlaşdıran mövqe dəyişikliyidir. Bu, siyasi arqumentləri olmayan, millətçiliyə üz tutanların tipik mövqeyidir. Belə bir vəziyyətdə beynəlxalq birliyin, xüsusən də bütün Qafqazda gözəl imicə və yaxın əlaqələrə malik olan ölkəmizin müsbət rol oynamaq imkanı yaranır. Vasitəçiliyin məzmunu bəllidir: Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən BMT qətnamələrindən başlanmalı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, məcburi qaçqın və köçkünlərin geri qaytarılması üçün işlər görülməli, İtaliyada mövcud olan muxtariyyət modellərində, xüsusən də Trentino Alto Adige modelində olduğu kimi ərazi bütövlüyü çərçivəsində əhaliyə özünüidarəetmə və muxtariyyət təmin edən müxanizmlər yaradılmalıdır. Hökumətimiz və diplomatiyamız Ermənistan baş nazirinin səfərindən istifadə edərək sülh razılaşması məsələsini siyasi cəhətdən gündəmə gətirə bilər. Bu, həmin strateji bölgədəki müvafiq institusional iştirakçılara, əhaliyə və bu məsələdə müsbət rol oynaya biləcək Ölkəmizə fayda gətirə bilər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR