Slimfit
  1. AZƏRBAYCAN

Paşinyan Qarabağı “Kazan formulu” ilə qaytaracaq - Markov

Paşinyan Qarabağı “Kazan formulu” ilə qaytaracaq - Markov
Sakura

Paşinyan Qarabağı “Kazan formulu” ilə qaytaracaq - Markov

Ermənistanda xalq Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasından qisas alır.

Axar.az xəbər verir ki, bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı politoloq Sergey Markov deyib.

“Əvvəlki parlament seçkisində Respublikaçılar Partiyası 50%-dən çox səs toplamışdı, amma indi ona 5%-ə yaxın səs verilib. Belə çıxır ki, respublikaçıların populyarlığı süni şəkildə yaradılıb. O öz populyarlığını itirib, korrupsiyanın azaldılması və həyat səviyyəsinin artırılmasıyla bağlı tələblərə məhəl qoymayaraq, çoxdan xalqdan uzaqlaşıb. Respublikaçılar Partiyası klan korrupsiya sxemi ilə genişlənib. Bütün bunlar xalqda etiraz yaradırdı ki, o da Paşinyanın inqilabı üçün yaxşı bəhanə oldu. Bu gün xalq keçmiş hakimiyyətdən ona verilməyən hər şeyə görə qisas alır. Nikol Paşinyan heç bir reform keçirməyib, amma o, xalqa qisas imkanı verib. O, elitadan sosial qisas ideyası hesabına xalq prosesinə rəhbərlik edə bildi. Paşinyan kütlənin alqışları altında qisas alır. Ermənistanda bu gün demokratiya yox, oxlokratiya hökmranlıq edir”, – deyə o bildirib.

Markov Paşinyanın həqiqətən gizli antirusiya hislərinin olduğunu iddia edib:

“O, daha çox amerikalılar və avropalılarla münasibətləri inkişaf etdirmək istərdi. O çalışırdı ki, yaxın müttəfiqləri ilə mübahisələr edərək, iki stulda əyləşsin. Yeri gəlmişkən, Paşinyanı seçkidə qələbəsi münasibəti ilə ilk olaraq AB və ABŞ təbrik etdi”.

Markov Ermənistnın müttəfiqlərinin məhz Paşinyanı qərbyönlü saydıqlarına görə onun böyük səs çoxluğu ilə qələbəsindən narazı olduqlarını bildirib. Onun fikrincə, amerikalılar Paşinyana öz adamları kimi baxırlar və indi Paşinyanın tam onların düşərgəsinə keçəcəyinə ümid edirlər.

O, Paşinyanın dövründə Ermənistanın KTMT-də qalacağını, amma amerikalıların dəstəyi ilə KTMT-ni daxildən dağıtmağa çalışacağını deyib. Ekspert Paşinyanın dönəmində Rusiya-Ermənistan münasibətlərinin pisləşəcəyini söyləyib.

Markov həmçinin Paşinyanın xalqın dəstəyindən yararlanaraq, Kazan formulunu reallaşdıra biləcəyini iddia edib:

“Buna əsasən, Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı rayonları qaytaracaq, əvəzində isə deblokadaya nail olacaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək. Digər tərəfdən, Paşinyanın hakimiyyəti dönəmində İrəvanın Qarabağ mövqeyi çox sərtləşib. Xüsusilə, İrəvan tələb edir ki, danışıqlar prosesinə qondarma Dağlıq Qarabağın rəhbərliyi də qoşulsun, yəni Dağlıq Qarabağın erməni icması azərbaycanlılar olmadan təmsil edilsin. Bu yanaşma etnik təmizləmələrin möhkəmlənməsi deməkdir. Təbii ki, bu yanaşma Azərbaycanı təmin etmir.

Bir müddət əvvəl erməni tərəfi Naxçıvana iddialar səsləndirdi. Belə tendensiya Qarabağ problemi ətrafında situasiyanı partlada bilər. Məncə, Ermənistanın Naxçıvanla bağlı bəyanatları “bizim şərtlərimizə razı olmasanız, mövqelərimizi sərtləşdirəcəyik” təhdidi anlamına gəlir”.

O, qondarma Dağlıq Qarabağdakı hakimiyyətin İrəvanın tam nəzarətində olduğunu və Ermənistan hökumətinə qarşı kompromisə gedəcəyini deyib. Markovun sözlərinə görə, Ermənistan heç bir şərt irəli sürmədən Türkiyə ilə sərhədləri açsa, o zaman bu, İrəvanın siyasətində ciddi dəyişikliklər baş verməsi anlamına gələcək. Ekspert sərhədlərin açılması məsələsinin hələlik sual altında olduğunu deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR