Paşinyan Putindən “nə isə böyük bir şey” almaq istəyir
Bununla bağlı “RİA Novosti” məlumat yayıb.
Onun sözlərinə görə, Yerevan və Moskvada artıq “hansısa razılıqlar” var.
O, xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın yaxşı vəziyyətinə diqqət çəkib və iki ölkə arasında bu sənaye sahəsində əlaqələrin bərabər inkişaf etdiyini bildirib.
Jurnalistlərin yeni “İsgəndər-M” raketlərinin Ermənistana tədarükü ilə bağlı sualını cavablandıran Paşinyan deyib ki, respublikada bu komplekslər kifayət qədərdir.
“Ancaq biz başqa şeyə ümid edirik. Böyük bir şeyə”, - o deyib.
Mayın əvvəlində məlum olub ki, Ermənistan Rusiyadan modernləşdirilmiş Su-30SM qırıcılarını almağa başlayıb. Ermənistan Baş naziri o zaman deyib ki, təyyarələrin tədarükü hər kəsə məlum faktdır, ancaq o, alınan digər silahlarla bağlı heç bir məlumat verməyib.
Fevralda ölkənin Müdafiə naziri David Tonoyan bəyan edib ki, 100 milyon dollarlıq kredit reallaşdıqdan sonra Ermənistan yeni silahlar almaq üçün Rusiyadan növbəti kredit almaq niyyətindədir. Bu kredit 2017-ci ildə üç il müddətinə verilib və Ermənistan bu borcu 2022-ci ilədək ödəməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət