Paşinyan prezident Sarkisyana: "Baş Qərargah rəisinin istefası sərəncamını imzalamalısan"
"Ona dedim ki, Onik Qasparyanın vəzifəsindən azad olunması barədə sərəncamı imzalamalısan. Əgər yox, onda bu deməkdir ki, o, müxalifətə qoşulub?".
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyanla telefon danışığının detallarını açıqlayan zaman deyib.
"Qoy özü istefa ərizəsi yazıb getsin. O (Baş Qərargah rəisi Onik Qasparyan - "Report"), xalqa qarşı ordunu qaldıra bilməz. Buna imkan vermərəm. Bütün hərbçilər isə xidmətlərinə qayıtsınlar", - baş nazir vurğulayıb.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik O.Qasparyanın istefaya göndərilməsi barədə prezidentə təklif göndərib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət